12 C
Baku
Çərşənbə, Dekabr 8, 2021

Dollar bahalaşır, neft ucuzlaşır: Gözlər OPEC+ alyansının bugünkü iclasında

ABŞ-ın neft anbarlarındakı ehtiyatların gözləntidən  daha çox artması xəbərləri və ABŞ dollarının bahalaşması fonunda neftin qiymətləri artıq son dörd həftəlinin ən aşağı həddinə düşdü.

Banker.az xəbər verir ki, Brent xam nefti fyuçerslərdə 2.73 dollar, yaxud 3.2% ucuzlaşmaqla 81.39 dolara qədər, WTI xam nefti isə 3.05 dollar, yaxud 3.6% ucuzlaşmaqla 80.04 dollar üzərinə enib.

Son günlərdə Brent neftin ucuzlaşma göstəricisi avqustun əvvəlindən bu tərəfə ən böyük göstəricidir.

ABŞ maliyyə bazarlarının requlyatoru FED-i ötən gün uçot dərəcəsini sabit saxladı. Onun verdiyi açıqlamaya əsasən bazardan istiqraz satın alma miqdarını azaltmağa başlayıb. Bu qərarın ardından ABŞ dollarının 6 əsas valyuta qarşısındakı indeksi 0.175 bənd, yaxud 0.19% artaraq 94.028 bəndə çatıb. EUR/USD məzənnəsi 0.19% azalma ilə 1.1587 səviyyəsinə, GBP/USD məzənnəsi isə 0.20% azalma ilə 1.3655 səviyyəsinə düşüb.

ABŞ-da həftəlik neft ehtiyatlarının anbarlardakı həcmi 3.3 milyon barrel artıb, benzinin isə ehtiyatlarının həcmi öncəki həftələrdə neft hasilatının azalması səbəbindən 2017-ci ilin noyabrından bu tərəfə ən aşağı hədə düşüb.

Öncəki xəbərlərdə qeyd edildiyi kimi ABŞ prezidenti Cozef Baydenin G20 sammitində OPEC və onunla eyni alyansda çıxış edən ölkələri neftə yaranan tələbə adekvat cavab verməməsində qınayırdı. Bu tənqidlərin ardından 2014-cü ilin payızından bu tərəfə maksimum yeniləyən neftin qiyməti 88 dollar/barrellərdən 81 dollar/barrelə qədər ucuzlaşma yaşayıb.

OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaldılması üzrə təşəbbüs  alyansı “OPEC+”un Nazirlər Komitəsi bu gün neftin hasilatının 400 min barrel cəmi artıracağı gözlənilir. Qeyd edək ki, Azərbaycan da bu alyansdan çıxış edir və son açıqlamada, Azərbaycanın da bu hasilatı artırılması təşəbbüsünü dəstəklədiyini açıqlayıb.

Son xəbərlər
Oxşar xəbərlər
X