“ABŞ Mərkəzi Bankı (Fed) son iqtisadi məlumatları əsas götürərək bu aykı yığıncaqda faiz artırımına getməlidir”.
Məlumata görə, bu barədə “Deutsche Bank”ın beynəlxalq iqtisadçısı Torsten Slok bildirib.
Onun sözlərinə görə, əgər Fed həqiqətən də məlumatlardan asılıdırsa, mart ayındakı yığıncaqda faiz artırmalıdır.
Slok istehsal sektoru, fabrikalardakı məşğulluq, istehlakçı xərcləri və inflyasiyanın hələ də artmaqda olduğuna diqqət çəkib.
Baku.ws