Dünya birjalarında inflyasiyaya görə FED-in sərt faiz arımından sonra əksər əsas valyutalar – hansı ki, foreksdə daha çox istifadə edilir – ABŞ dolarına qarşı bu gün də dəyər itiriblər.
Bu barədə Banker.az-ın real zaman şəraitində araşdırması göstərir.
Bakı vaxtı ilə 15:45 radələrinə avro/dolar ötəngünkü kəskin enişin ardından bu gün daha 0.7% enişlə 2002-ci ilin sonları qeydə alınmış minimuma düşüb. Major listə olan daha bir populyar valyuta isveç kronu dollara qarşı 0.46% yenidən ucuzlaşıb.
Altı əsas valyuta səbəti qarşısında formalaşan ABŞ dollarının indeksi 106.8 bəndi ötüb.
Hazırda ən çox ucuzlaşan rus rublu və lirədir.
| Valyuta adı | Cütlük | Məzənnə | Dəy. % |
| Rus rublu | USD/RUB | 62.4858 | 2.18% |
| Türk Lirəsi | USD/TRY | 17.2403 | 1.44% |
| Cənubi Afrika randı | USD/ZAR | 16.7358 | 1.26% |
| Meksika pesosu | USD/MXN | 20.6642 | 0.77% |
| Danimarka kronu | USD/DKK | 7.2986 | 0.73% |
| Avro* | EUR/USD | 1.0193 | -0.71% |
| İsveç kronu* | USD/SEK | 10.5495 | 0.46% |
| İngiltərə funt.str.* | GBP/USD | 1.1901 | -0.44% |
| Avstarliya dolları | AUD/USD | 0.6792 | -0.13% |
| Yeni Zelandiya dolları | NZD/USD | 0.6161 | -0.08% |
| Korean vonu | USD/KRW | 1,308.4500 | 0.01% |
| Honqkonq dolları | USD/HKD | 7.8469 | 0.00% |
| Sinqapur dolları | USD/SGD | 1.4049 | 0.00% |
| Kanada dolları* | USD/CAD | 1.3042 | 0.06% |
| Çin yuanı | USD/CNY | 6.7068 | -0.18% |
| İsveçrə frankı* | USD/CHF | 0.9712 | 0.32% |
| Hindistan rupisi | USD/INR | 79.0790 | -0.36% |
| Yapon yeni* | USD/JPY | 135.380 | -0.36% |
*ABŞ dolları indeksini formalaşdıran valyutalar.







