10 C
Baku
Wednesday, November 27, 2024
Home Maliyyə xəbərləri Bank xəbərləri Dollar depozitləri üzrə ən sərfəli şərtlər – TƏHLİL

Dollar depozitləri üzrə ən sərfəli şərtlər – TƏHLİL

0
Dollar depozitləri üzrə ən sərfəli şərtlər – TƏHLİL
21.02.2015 və 21.12.2015… Yəqin ki, bu iki tarix yaddaşlarda hələ uzun müddət qalacaq. Söhbət 1 il içərisində baş vermiş 2 kəskin devalvasiyadan gedir. Devalvasiyalardan ölkədə ən ciddi zərər çəkmiş sektorların başında yəqin ki Bank sektoru durur. Dollar ilə verilmiş kreditlərin böyük hissəsinin geri qayıtmaması və əhalinin manatda olan depozitlərini dollara keçirməsi Bankların zərərini günü-gündən artırırdı. Bu səbəbdən də vaxtilə Dollar və Manat depozitlərini demək olar ki eyni faiz dərəcəsi ilə cəlb edən Banklar məlum hadisələrdən sonra bu siyasətlərini dəyişməyə məcbur oldular. Paralel olaraq Dövlət tərəfindən də məsələyə müdaxilə olundu. Belə ki, dollarlaşma prosesinin qarşısının alınması üçün manatda yerləşdirilən və Dövlət tərəfindən qorunan  depozitər üzrə maksimal illik faiz dərəcəsi 15% -ə qaldırıldısa, bu göstərici Dollarda və digər valyutalarda yerləşdirilən depozitlər üzrə 3%-dək endirildi.

Banker.az olaraq bu dəfəki araşdırmamızda Respublikada fəaliyyət göstərən kommersiya Banklarının Dollar valyutasında olan “Müddətli” depozitlərə təklif etdiyi şərtləri araşdırdıq. Əksər Banklarda qarşılaşdığımız mənzərə demək olar ki, eyni oldu. Yəni Dollar depozitlərinə təklif olunan faizlər bir neçə Bank istisna olmaqla 3% civarındadır. Müddətlər üzrə cəlbetmə faizləri və sizin üçün maraqlı ola biləcək digər şərtlərlə aşağıdakı cədvəldə tanış ola bilərsiniz.

[table id=477 /]
*faizlər müddətin sonunda ödənilir 
Yuxarıda qeyd edilən depozit məhsulları üzrə əlavə informasiya aşağıdakı cədvəldə qeyd edilmişdir.
[table id=478 /]