Son dövrlərdə dolların güclənməsi sürətini itirsə də, əhəmiyyətli bir azalma meylinin başlamasındansa, dalğalı və dar diapazonda ticarət ehtimalı daha yüksəkdir.
Banker.az (Investisiya) xəbər verir ki, bunu “Societe Generale”dən Kit Cakes qeyd edib.
ABŞ Prezidenti Donald Trampın “Fox News”a Çinə yeni tariflər tətbiq etməyi istəmədiyini söyləməsindən sonra dollar dəyərini bir qədər itirib, lakin digər G-10 valyutalarına nisbətən iki və ya altı ay öncəki dövrlə müqayisədə daha güclü qalır.
“Uzun müddətdir düşünürük ki, tarif təhdidi daha çox bir bazarlıq mövqeyidir, möhkəm bir öhdəlikdən çox, lakin tariflərin bir formada tətbiq edilməsi hələ də ehtimal olunur.” Kit Cakes qeyd edib.
O bildirib ki, ABŞ dollarının altı valyuta səbəti qarşsında ölçülən indeksi DXY dollar indeksinin hazırda 99.000-110.000 diapazonunda qalması gözlənilir.
İndeks 0,5% azalaraq 107.528-ə enib, əvvəlcə isə beş həftənin ən aşağı səviyyəsi olan 107.276-ya çatıb.