10 C
Baku
Thursday, December 12, 2024

Dollar güclənir, neft isə ucuzlaşır

BANKER.AZ – Ötən gün ABŞ-da açıqlanan ticarət göstəriciləri gözləniləndən daha yaxşı olması ABŞ dollarının Yapon yeni qarşısında həftənin üçüncü iş həftəsinə son dörd il yarımın maksimumuna yüksəldib.

Yaponiya iqtisadiyyatında risklər artır. Həmçinin, Şərqi Asiya ölkəsində iqtisadi resessiyanın 0.2% olacağı ehtimal edildiyi halda ilin ilk üç rübündə 0.8% təşkil edib ki, bu da ölkənin valyutasını və Nikkei indeksini 0.4% daraldıb.

ABŞ dolları yen qarşısında 114.97 yenə yüksəlməklə, 2017-ci ilin martından bu tərəfə ən güclü göstəricisinə nail olub. EUR/USD cütlüyü isə 1.1320 səviyyəsində son 16 ayın minimumda qərarlaşmaqdadır.

“Bu gün İngiltərədən və Avropadan açıqlanacaq inflyasiya göstəriciləri dünya birjalarında ciddi qiymət dəyişikliklərinə səbəb ola bilər” – deyə, bu barədə Bakıda mənzillənən “İnvestAZ” investisiya şirkətinin şərhində bildirilir.

ABŞ dollarının 6 əsas valyuta qarşısındakı indeksi isə 2020-ci ilin iyunundan bu tərəfə ilk dəfə 96 bəndi aşıb. Bakı vaxtı ilə 09:30 radələrində dolların indeksi 96.130 bəndlərə qədər ralli edib.

Dolların bahalaşmasında əsas rol dünən ABŞ-da pərakəndə ticarət göstəricilərinin oktyabrda gözləniləndən daha sürətli böyüməsi və Federal Ehtiyat Sistemini aktiv alış proqramının azaldılmasını sürətləndirməyə olaraq həvəsləndirməsi potensialıdır.

Dow Jones sənaye indeksi 0.15%, S&P 500 indeksi 0.39% və NASDAQ indeksi isə 0.76% yüksəliş yaşayıblar.

Hazırda Azərbaycan üçün ən böyük maraq kəsb edən xam neftin qiyməti son dəqiqələrdə güclənən dollar və virus bir neçə ölkələrdə yayılması səbəbindən ucuzlaşması təzyiqi yaratmaqdadır. Çünki, treyderlərin ehtimalına görə, hazırda OPEC+ alyansı aylıq 400 min barrel/günlük artım planını gələn ilin yayına qədər davam etdirməsi və virusun yayılması səbəbindən təchizatın yüksək, tələbin isə az olması mümkündür. Londonun ICE birjasında yanvar fyuçerslərində Brent markalı xam neftin barreli 76 sent və ya 0.92% enişlə  81.67 dollara qədər ucuzlaşmasına səbəb olub.

 

Son xəbərlər
Digər xəbərlər