9 C
Baku
Friday, December 13, 2024

Dollar Gürcüstanda da qalxdı, rekord həddə yaxınlaşdı

Gürcüstanda ABŞ dollarının məzənnəsi tarixi rekord həddə yaxınlaşıb. Dünən Gürcüstanın nağd valyuta bazarında dolların məzənnəsi 2,7250 lari səviyyəsinə çatıb və hazırda 2,70 GEL/USD səviyyəsində qərarlaşıb. Qeyd edək ki, Gürcüstanda dolların tarixi rekord həddi 2016-cı il dekabrın 22-də (2,8205 lari) qeydə alınıb. Hazırda isə məzənnə tarixi rekord həddən 4,3% aşağıdır. Xatırladaq ki, son bir ayda Gürcüstanda dollar 10% bahalaşıb.

Gürcüstan Mərkəzi Bankı dolların bahalaşması ilə bağlı yaydığı bəyanatda bildirib ki, baş verən proses movsümi amillərlə əlaqəlidir və müvəqqəti xarakter daşıyır: “Əgər Mərkəzi Bank məzənnənin artmasında inflyasiya riskini müşahidə edərsə, valyuta bazarına zəruri müdaxilə olunacaq”.

Eləcə də bax: Türkiyədə dolların məzənnəsi rekord həddə çatıb

Report-un analitik qrupu Gürcüstanda dolların bahalaşmasının səbəbini regionda əsas ticarət tərəfdaşları olan Rusiya və Türkiyədə analoji prosesin getməsi ilə əlaqələndirir: “Bu dəfə dollarda bahalaşma müvəqqəti hal olsa da, 2018-ci ildə bütün region ölkələrində və qlobal valyuta bazarında dolların bahalaşması qaçılmaz olacaq”.

Son xəbərlər
Digər xəbərlər