2024-cü ildən etibarən dollar “təhlükəsiz liman” aktivi kimi rolunu qismən itirib. Lakin ING bankı bazar ertəsi dərc olunan hesabatında ABŞ valyutasına qlobal tələbatın ümumi azalmasının müşahidə olunmadığını qeyd edir.
Ötən il dollar indeksi təxminən 10% azalıb və 2017-ci ildən bəri ən pis nəticəni göstərib. ABŞ-nin qeyri-müəyyən ticarət siyasəti, Donald Trampın müttəfiqlərə qarşı rüsumlar tətbiq etmək təhdidləri və Federal Ehtiyat Sistemini (FED) tənqid etməsi dollar üzərində təzyiq yaradıb.
ING-in hesabatında bildirilir:
-
2024-cü illə müqayisədə dollar “təhlükəsiz liman” aktivi kimi dəyərini əhəmiyyətli dərəcədə itirib. Son üç ayda dollar indeksi ilə ABŞ səhmləri və 10 illik xəzinə istiqrazları arasında müşahidə olunan korrelyasiya bunu göstərir.
-
ABŞ-dəkı xarici aktivlərin 80%-dən çoxuna sahib olan fərdi investorlar vəsait yatırmağa davam edirlər.
-
Hazırkı mərhələdə dolların zəifləməsi fundamental deyil, daha çox müvəqqəti xarakter daşıyır.
-
Dolların qlobal aktivlərdə, öhdəliklərdə, bazar dövriyyəsində və tranzaksiyalarda istifadəsinin təhlili dedollarizasiya prosesinin sürətlənməsinə dair əlamətlər göstərmir.
-
FED-in müstəqilliyi qlobal maliyyə sabitliyinin əsas sütunudur və faiz dərəcələrinin əsassız endirilməsi ilə bağlı ittihamlar valyuta bazarında panikaya səbəb ola bilər.
-
Bu il dolların ucuzlaşması ötən ildəki qədər güclü olmayacaq. ING-in proqnozuna görə, ilin sonuna qədər avronun məzənnəsi 1,22 dollar səviyyəsinə çata bilər (hazırkı səviyyə təxminən 1,18 dollardır).






