27 C
Baku
Thursday, August 11, 2022

Dollar işarəsi haqqında maraqlı faktlar

Dollar işarəsinin necə yaranması haqqına fikir yekdilliyi mövcud deyil. Bir sıra tədqiqatçılar hesab edir ki, ispanlar Amerika koloniyalarında qəliblərlə hazırlanmış qızılı daşıyanda, onların üzərinə S nişanı qoyurdular (Spain sözünün baş hərfinə uyğun olaraq). Külçələr ispaniya gəldikdən sonra onları üzərinə vertikal cizgi çəkilirdi. Onları təkrar kaloniyaya göndərəndə isə işarənin üzərində daha bir vertikal xətt çəkilirdi.

Digərləri isə işarənin yaranma tarixini başqa sür izah eir: “peso” sözünü P hərfinə qədər ixtisar edirlər və onu yuxarı hissəsinin sağ tərəfinə balaca s hərfi əlavə edirlər – bu ismin cəm halında olduğunu göstərirdi. Zaman keçdikcə P hərfinin şəkli dəyişir və onun təkcə düz xətt kimi çəkilən hissəsi qalır və onun üzərinə s hərfini yazırlar.

Belə fikirlər də vardır ki, $ işarəsi tamamı ilə fərqli mənşəyəmalikdir, bu iki Herkules sütunudur və onlara lentlər sarılıb –bu ispan gerbi həm güc və hakimiyyəti, həmçinin də maliyyə stabilliyini və sarsılmazlığı əks etdirir.

Ən geniş yayılmış versiyalara əsasən, məhz 1778-ci ildə amerikalı biznesmen Oliver Pollok ilk dəfə öz mühasibatlıq kitablarında bu işarədən istifadə etmişdir. O, İngiltərə müstəmləkəçilərinə qarşı müharibə zamanı amerikan vətənpərvərlər ordusunun başlıca təchizatçısı idi. O silahları ispanlardan alır, ticarət peso ilə aparıq və qazancı öz sər-hesab kitablarına p və S hərflərinin birləşməsindən yaranmış işarə vasitəsi ilə qeyd edirdi. Beləliklə Pollok bir zamanlar İspaniya sayəsində formalaşmış ispan kolonial ənənəsini davam etdirirdi. Zaman keçdikcə bu işarə üzərinə tək və ya qoşa vertikal xətt çəkilmiş S hərfinə bənzəməyə başlayır.

Öz hesabatları Pollak Amerika konqresinin üzvü Robert Morrisə təqdim edirdi, məhz Morris ilk dəfə bu işarəni rəsmi şəkildə dövlət sənədlərində istifadə etməyə başladı. Bir neçə il sonra – 1786-ci ildə dollar ABŞ-ın rəsmi valyutasına çevrilir.

Son xəbərlər
Oxşar xəbərlər