4 C
Baku
Tuesday, February 27, 2024

Dollar krediti olanlara güzəşt edilməyəcək: “Bank xeyriyyə cəmiyyəti deyil”

“Bizdə olan məlumata görə, dollarla kredit borcu olanlar gözləmə mövqeyindədir. Onlar borcları qaytarmaq istəmir”.
Bunu maliyyə naziri Samir Şərifov dollar kreditləri olanların problemindən danışarkən deyib.

Nazir qeyd edib ki, hər bir adam borc götürəndə saf-çürük etməlidir:

“Bank xeyriyyə cəmiyyəti deyil. Bir tərəfdən borc verirsə, digər tərəfdən də əmanət saxlayır. Biz çalışırıq ki, sosial ədalət prinsiplərini pozmayaq. Biz nəyə görə bir borc alanı digərindən fərqləndirməliyik. Dövlət özəl bankla müştəri münasibətlərinə niyə müdaxilə etməlidir? Banklar çox yüksək faizlə kredit verəndə dövləti axtarmırdı. İndi niyə axtarırılar? Mənim yanaşmam bundan ibarətdir”.

modern.az

Son xəbərlər
Digər xəbərlər