28 C
Baku
Saturday, July 27, 2024

Dollar kreditlərinə güzəştlərin verilməsi məsələsi “bağlandı”?

Əhalinin son dövrlər ən çox gözlədiyi xəbərlərdən biri məhz dollar kreditlərinə veriləcək güzəştlərlə bağlıdır.

Bu məsmilli-meclisələ əslində ortalığa deputatlar tərəfindən atılmışdır. Vahid Əhmədov öz çıxışlarında dəfələrlə bununla bağlı danışıqların getdiyini , komitədə müzakirələrin aparıldığını qeyd etmişdir. Əslində bu inandırıcı idi – çünki bu çıxışlardan bir neçə gün sonra məsələ Milli Məclisin müzakirəsinə çıxarıldı.

Milli Məclisdə müzakirələrdən sonra məlum olduki, bu güzəştləri hansı vəsait hesabına ödənilməlidir,onun mənbəyi axtarılmalıdır. Və bu başlıq altında, məsələ növbəti iclaslara təxirə salındı.

Lakin sonradan prosesin gedişatında qarışıq yarandı. İlk baxışdan bu planın təşəbbüskarı kimi elman_rustemov_0_2görünən Mərkəzi Bank rəhbərliyi, bu gün onun əksini bildirdi. Belə ki, bu gün Elman Rüstəmov jurnalistlərə aşağıdakıları bildirmişdir:

[su_quote]“Yəqin ki, bank sektorunun restrukturizasiyası proqramı çərçivəsində baxacağıq ki, banklara yardım vasitəsilə necə edək ki, banklar bu işin öhdəsindən gələ bilsinlər. Dövlətin banklara yardım proqrammı çərçivəsində bankların bu istiqamətdə nə iş görə biləcəyinə baxmalıyıq. Yəqin ki, bunu banklarla və beynəlxalq ekspertlərlə müzakirə edəcəyik” [/su_quote]

 Bu qısa çıxışda şəxsən bizə 3 nüans qismən aydın olur:

  • Hökumətin dollar krediti olan şəxslərə güzəşt vermək fikri yoxdur.
  • Köməklik olsa, bu banklara kredit şəklində veriləcək və bu xərc banklar tərəfindən çəkiləcək.
  • Proses beynəlxalq ekspertlərlə məsləhətləşməyə getsə

samir sherifovQeyd olunan məsələdə Maliyyə Naziri Samir Şərifovunda mövqeyi çox əhəmiyyətlidir. Onun bir neçə gün öncə ANS telekalında çıxışındada bu məsələyə toxunulmuşdur. Cənab nazirin fikrincə, banklar neçə ildir yüksək faizlər kredit veriblər və yüksək gəlirlər əldə ediblər. İndiki durumda qeyd olunan gəlirlərdən xərcləyib, dollar kreditləri ilə bağlı problem və güzəştləri həll etməlidirlər.

Göründüyü kimi, dollar krediti olan şəxslərlə bağlı hələki ciddi bir irəliləyiş yoxdur. Amma necə deyərlər, ümid sonda ölür…

Son xəbərlər
Digər xəbərlər