21 C
Baku
Friday, April 26, 2024

Dollar/manat məzənnəsinin sabitliyi üçün neftin hazırki qiymətini məqbul sayır

“Azərbaycan iqtisadiyyatını ciddi problemlər gözləmir.”

Banker.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov mənbəyə verdiyi müsahibədə deyib.

O, “qarşıdakı zamanda ölkə iqtisadiyyatını nələr gözləyir?” sualını belə cavablandırıb:

“Hesab edirəm ki, manat bu səviyyədə qorunub saxlanılacaq. Çünki manatın arxasında dayanan neftin qiyməti çox yüksəkdir. Neftin qiyməti 70-75 dollar olduğu sürəcdə ciddi problemlər gözlənilmir. 2018-ci ildə həm iqtisadi islahatları həyata keçirmək, həm də prezidentin 2016-ci ildə qəbul etdiyi Strateji “Yol Xəritəsi”ndəki planları həyata keçirmək üçün manatın məzənnəsi bu səviyyədə qorunacaq. Manatla bağlı ciddi problemlər gözlənilmir. Kənd təsərrüfatına diqqəti artırmaq lazımdır. Bu, bizim üçün əlavə gəlir gətirən sahədir. Turizmə diqqəti artırmaq vacibdir. Bu sahədə keyfiyyəti müəyyən qədər qaldırmaq lazımdır. Çünki Azərbaycana axın çoxalıb. Bu sahədən gələn gəlirlərlə bağlı elə etmək lazımdır ki, dövlət büdcəsində yeri olsun.”

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər