14 C
Baku
Friday, November 15, 2024

Dollar niyə ucuzlaşır?

“Mərkəzi Bank manatı möhkəmləndirməklə bazardan dollar tələbatını azaltmağa və manata olan inamı bərpa etməyə çalışır”.

Bunu AzVision-az’a iqtisadçı-ekspert Vüqar Bayramov dolların son günlər ucuzlaşmasını şərh edərkən bildirib.

Ekspertin fikrincə, Mərkəzi Bank oxşar praktikadan ötən ilin aprel-may aylarında da Musahibe_Vugar_Bayramov_logo.mpg_snapshot_08.56_2014.02.20_16.25istifadə edib. V.Bayramov qeyd edib ki, manatın möhkəmlənməsi psixoloji xarakter daşıyır.

“İqtisadi baxımdan manatın davamlı olaraq möhkəmlənməsi düzgün deyil. Çünki neftin dünya bazarında qiyməti aşağı olaraq qalmaqdadır. Bu daha çox dünya valyuta bazarında müşahidə edilən proseslərlə bağlıdır. Son günlər avro dollara nisbətən möhkəmlənib. Ümumiyyətlə, dolların digər valyutalara nəzərən məzənnəsində azalmalar var. Xüsusilə ABŞ-ın 1.5 trilyon dollarlıq xarici borc cəlb edəcəyi ilə bağlı açıqlaması dünya bazarında dolları zəiflədib.Mərkəzi Bank bivalyuta səbətindən istifadə etdiyi üçün təbii ki, manatın dollara nisbətən möhkəmlənməsi, avroya nisbətən zəifləməsinə gətirib çıxarıb”.

İqtisadçı bildirib ki, ajiotaj dövründə bir çox insanlar yüksək məzənnə ilə dollar almağa can atdırdılar: “200 manatı olan vətəndaş da pulunu dollara çevirdi. Onlar manatın daha kəskin dəyişiləcəyindən ehtiyyat edirdilər. Amma cari xərclər üçün manata ehtiyac var. Hazırda dolları manata dəyişməyə ehtiyac var ki, həmin cari xərcləri ödəmək mümkün olsun. Bu da təbii ki, bazarda dollar təklifinə təsir göstərir”.

V.Bayramovun fikrincə, prosesin nə qədər davam edəcəyi Mərkəzi Bankdan asılıdır: “Manatın möhkəmlənməsi inzibati yolla tənzimləndiyi üçün praktiki baxımından bunu qiymətləndirmək çətindir. Hələ də Mərkəzi Bankın 4 faizlik marjı var. Buna görə də Mərkəzi Bank bazarda aparıcı rol oynayır. Növbəti mərhələdə manatın məzənnəsinin cüzi gücləndirilməsi istisna edilmir. Əgər bazar manatın məzənnəsini müəyyən edəcəksə, o zaman mövcud milli valyutanın məzənnəsinin möhkəmləndrilməsi mümkün olmayacaq. Mərkəzi Bank bazarda dominantdır. Məzənnə valyuta bazarı tərəfindən müəyyən edilmədiyi üçün yaxın gələcəkdə manatın məzənnəsinin necə olacağı birbaşa Mərkəzi Bankın seçdiyi siyasətdən asılıdır”.

Son xəbərlər
Digər xəbərlər