11 C
Baku
Saturday, November 16, 2024

Dollar panikası səngidi: pul satılır, amma alıcılar da artıb…

Son iki gündə Bakıdakı valyutadəyişmə məntəqələrinin fəaliyyətini dayandırması, daha doğrusu, dollar satmaqdan imtina etməsi devalvasiya şayiələrin yayıldığı bir vaxtda ikiqat ajiotaja səbəb oldu.

Çünki ilin əvvəlində baş verən devalvasiya öncəsi də valyutadəyişmə məntəqələrində buna bənzər hal müşahidə olunmuş və vətəndaşların bir qismi dollar ala bilməmişdi.
Bundan başqa yayılan başqa bir şayiəyə görə isə valyutadəyişmə məntəqələri yalnız məhdud məbləğdə – maksimum 1000 manatı dollara dəyişir.
Bəs hazırda vəziyyət necədir? Valyutadəyişmə məntəqələri dollar satmaqdan yenə də imtina edirmi?
Virtualaz.org saytının müxbiri bu suallara cavab tapmaq üçün bir neçə valyutadəyişmə məntəqəsinə baş çəkib, dolların hazırkı məzənnəsi və satışı ilə maraqlanıb.
Baş çəkdiyimiz valyutadəyişmə məntəqələrinin demək olar ki, hamısından dollar və avronun satışına heç bir mane olmadığını və istənilən məbləğdə pulun dəyişdirildiyini bildirdilər: “Pulunu dollara dəyişmək istəyənlərin sayında fərq var, onların sayı artıb. Amma bizdə devalvasiya ilə bağlı heç bir məlumat yoxdur”.
107327_src
Sərraflar bir neçə gün əvvəlki vəziyyətin səbəbini isə dolların olmaması ilə əlaqələndirdilər.
Valyutadəyişmə məntəqələrinin demək olar ki, hamısında dolların alış qiyməti 1,053, satış qiyməti isə 1,555-1,056 manat arasında dəyişir və onların hamısında kifayət qədər adam toplaşıb.
Söhbətləşdiyimiz vətəndaşlardan da bir neçəsi bildirdi ki, devalvasiya gözlənildiyi, belə xəbərlər yayıldığı üçün ehtiyatlanıb pullarını dollara dəyişirlər.

Son xəbərlər
Digər xəbərlər