8 C
Baku
Monday, November 18, 2024

Dollar qarşısında ən çox ucuzlaşan əsas valyutaların SİYAHISI

Hazırda qlobal miqyasda son illərdə ABŞ dolları mövqeyini xeyli yaxşılaşdırıb. Ötən il illə müqayisədə dünyada ən etibarlı ehtiyat limanlarından sayılan dolların 6 əsas valyuta qarşısında indeksi 89.83 bəndlərə qədər eniş yaşadığı halda, cari ilin dekabrında 96.32 bəndlərə qədər artım yaşadı.

Dünyanın populyar valyutalarından ən çox devalvasiya edəni Türk lirəsidir. İlin əvvəlində USD/TRY cütlüyü ötən ilin eyni müddətində təkrəqəmli, yəni 7.70 səviyyələrində olsa da, bir ilin sonuna 13.74 səviyyəsinə qədər kəskin fərqlə dəyişib.

İkinci ən böyük dəyişiklik Dolların indeksi üçün ikinci əhəmiyyətli təsir gücü olan Yapon yenində müşahidə edilir. Yapon yeni son bir ildə dollara qarşı 8.85% ucuzlaşıb.

ABŞ dollarının indeks səbətində əsas təsiredici gücü olan avronun məzənnəsi son ildə 6.90% dəyər itkisi ilə üzləşib. EUR/USD cütlüyü bir il öncə 1.21 səviyyəsində olduğu halda, il sonra 1.13 səviyyələrindən də aşağı yuvarlanıb.

Əsas valyutalardan dollara qarşı son bir ildə əsasən neftin qiymətləri ilə eyni istiqamətdə hərəkət edən Rus rubludur. USD/RUB cütlüyü son bir ildə 0.42% dollara qarşı bahalaşıb.

Qlobal miqyasda isə dollar qarşısında ən çox devalvasiya edən valyuta Kuba pesosudur – 2 300.00%-lə, ikinci Venesuela bolivarı 100%-lə dayanırlar.

ABŞ dollarına qarşı dünyada ən çox bahalaşan Seyşel rupsidir. Bu valyutanın ABŞ dolları qarşısındakı dəyəri son bir ildə 39.34% güclənib.

4234242423423424 1

Son xəbərlər
Digər xəbərlər