Dolların altı əsas valyuta qarşısında müəyyən olunan indeksi son saatlarda 1% artaraq 2020-ci ilin mayından bu tərəfə maksimuma yüksəlib.
Banker.az xəbər verir ki, ABŞ dollarının indeksi mart fyuçersi üzrə
98.815 bənd təşkil edib.
EUR/USD cütlüyünün məzənnəsi 1.5% enişlə 1.0894 səviyyəsinə, GBP/USD cütlüyünün məzənnəsi 0.9% enişlə 1.3227 səviyyəsinə düşdüyü halda, USD/CAD cütlüyü 0.8% artımla 1.2790 səviyyəsinə, USD/CHF 0.4% artımla 0.9207 səviyyəsinə, USD/SEK isə 2.2% artımla 9.9430 səviyyəsinə qalxdı.
Skandinaviya ölkələrinin valyutaları da Ukrayna-Rusiya münaqişəsinə görə dəyər itirir.