10 C
Baku
Thursday, December 12, 2024

Dollar Rusiya, Gürcüstan və Türkiyədə zəifləyib

Azərbaycanın əsas ticarət tərəfdaşları olan Rusiya, Gürcüstan və Türkiyədə dollar yenidən zəifləyib.

Banker.az Rusiya maliyyə bazarlarına istinadən xəbər verir ki, USD/RUR məzənnəsi yenidən 4 qəp. ucuzlaşaraq 58,91 olub. Avro da dollarla paralel ucuzlaşıb. Belə ki, avro 8 qəp. ucuzlaşaraq 62,77 rubla ticarət olunur.

Türkiyədə…

Türkiyədə lirə ardıcıl 4 gündür ki, rəqibinə qarşı möhkəmlənirr. Ölkənin maliyyə saytı Bigparanın son göstəricilərinə əsasən,USD/TRY məzənnəsi səhər 3,69 səviyyəsində başlarkən günorta saatlarında  3,6665 səviyyəsində müəyyən olunub. EUR/TRY cütlüyündə də ötən gündən fərqli olaraq eniş müşahidə olunur: 3,9057 (-0,65%)

Gürcüstanda…

Gürcüstan maliyyə bazarlarında dollar həftəni ucuzlaşma ilə yadda qaldı, manat isə əksinə bir qədərdə möhkəmlənib.

Ölkənin Milli Bankının son açıqlamasına istinadən xəbərə görə, dollar/lari bu gün 2,6627 səviyyəsindən 2,6454 səviyyəsinə qədər ucuzlaşıb. Avro/lari cütlüyündə də eniş var: Ötən gün 2,8342, bu günə məzənnə 2.8290.

Gürcüstanda manat bahalaşıb. Beləki Milli Bankın son açıqlamasına əsasən, ötən gün 1,4589 lari olan manat, bu gün, 1,4742 olub.

Xatırladaq ki, həftəyə Gürcüstanda manat/lari məzənnəsi 1,3979 səviyyəsində başlamışdı.

Son xəbərlər
Digər xəbərlər