Azərbaycanın əsas iki ticarət tərəfdaşı Rusiya və Türkiyədə dollar və avro bahalaşmağa başladı.
Banker.az “Gazeta.ru”ya istinadən xəbər verir ki, Rusiya Mərkəzi Bankının müəyyən etdiyi yeni məzənnəyə əsasən, USD/RUR məzənnəsi 31,96 qəpik artaraq 59,51 səviyyəsində qərarlaşıb.
Eləcə də bax: Azərbaycanın daşınmaz əmlak bazarını yeni ucuzlaşma dalğası gözləyir
Avro da Rusiyada bahalaşmaqda davam edir. Belə ki, 21,05 qəpik bahalaşaraq 63,44 rubl olub.
Türkiyədə dollar və avro yenidən hərəkətləndi
Türkiyə hərraclarında dollar/lirə cütlüyünün kəskin dinamikası müşahidə edilməsə də, bahalaşma var. Günə 3,7400 lirə ilə başlayan dollar günorta saatlarına kimi 3,7500 lirəyə kimi bahalaşıb.
EUR/TRY isə hal-hazırda 4,0026 səvəiiyəsindədir.