10 C
Baku
Wednesday, December 11, 2024

Dollar satışı ölkədə 27 faiz artıb

Azərbaycanda suveren fond – ARDNF 2020-ci ilin sentyabrında valyuta hərraclarında öncəki ayla müqayisədə 27% artım olub.

Banker.az bu barədə Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) istinadən bildirir.

Suveren fond bildirir ki, ilin doqquzuncu ayı ərzində $606.4 mln. xarici valyuta satılıb.

Qeyd edək ki, bu 2020-ci ilin mart ayında qeydə alınmış rəqəmdən sonra ikinci ən böyüyüdür. Mart  ayı – koronavirus səbəbindən ölkələrdə neftə yarana təlabatın azalması səbəbindən kəskin ucuzlaşmışdı. Bu ucuzlaşma isə Azərbaycan ərazisində əksər insanların “devalvasiya olma təhlükəsini” göz önünə almaqla əllərindəki milli valyutanı xarici valyutaya konvertasiya etməsinə təsir etmişdi.

2378

Nəticədə, cari ilin üçüncü ayı ərzində ölkədə $2 milyarda yaxın həcmdə xarici valyuta Azərbaycan Mərkəzi Bankındakı hərracda ARDNF tərəfindən satılmışdı.

Son xəbərlər
Digər xəbərlər