5 C
Baku
Saturday, December 14, 2024

“Dollar süni şəkildə ucuzlaşdırılır”

Ekspert Samir Əliyev son günlər dolların sürətlə ucuzlaşması məsələsinə münasibət bildirmişdir. Onun sözlərinə görə bu proses süni şəkildə təşkil edilmişdir.

“Tam üzən məzənnəyə keçidin mənfi fəsadlarından biri özünü göstərməkdədir. Söhbət spekulyasiyadan gedir. Artıq spekulyasiyanın nəticəsi olaraq dollar sünu sürətdə ucuzlaşdırılır. Banklar vəziyyətdə sui-istifadə edərək alış qiymətini kəskin aşağı salıblar. Rəsmi məzənnə 1 dollar üçün 1,82 manat olduğu halda alış qiyməti 10% ucuz – 1,65 manata endirilib. Satış isə ən çoxu 4% bahadır. Bankların satdığı dolların spredi (alış ilə satış arasındakı fərq) 3%-dən 15%-ə qədər dəyişir. Yəni ən az qazanan bank 3%, ən çox qazana bank isə 15% qazanır. Ortalama bankların gündəlik qazancı 7-9% arasında dəyişir.”

Son xəbərlər
Digər xəbərlər