5 C
Baku
Çərşənbə, Yanvar 19, 2022

Dollar/TL məzənnəsi qırmızı xətt “tanımır” – Dollar 17 lirəni ötür

Türkiyə milli valyutasının məzənnəsi yeni anti-rekordunu vurur. Türkiyə Respublikası Mərkəzi Bankının Pul Komitəsinin ötən günkü iclasında faiz dərəcəsini 100 baza bəndi, yaxud 1% endirməsindən sonra, ötən gün 1 dollar 15.65 lirəyə qədər kəskin artdı.

Ölkədə inflyasiyanın 21%-ə yüksəldiyi bir zamanda TCMB faiz dərəcəsini 14%-ə qədər endirdi. Sentyabrdan bu tərəfə isə Türk MB artıq 5% bəndi endirib faizləri. Əlavə olaraq dövlətin və şirkətlərin təkcə dekabr ayında 9 mlrd. dollarlıq xarici borc qaytarması milli valyuta üçün əlavə təzyiq yaradıb.

Bakı vaxtı ilə 14:15 radələrində USD/TRY cütlüyünün məzənnəsi 16.91 səviyyəsinə qədər artıb. Bu da cütlüyün performansının ticarət sessiyası ərzində 1.22 lirə, yaxud 7.8% artması deməkdir.

Real zaman şəraitində USD/TRY məzənnəsi 15.6288 -17.1420 aralığında dəyişməkdədir.

Beləliklə, lirənin devalvasiyayası son bir ayda 53%, ilin əvvəlindən isə 127% (2.3 dəfə) təşkil etmiş olur.

Türkiyədə hökumətin yeni iqtisadiyyat modeli adlandırdığı ixrac, turizm və investisiya yönümlü siyasətdə məşğulluğun artırılması da hədəflər arasındadır. Bu siyasətlə inflyasiya və məzənnəyə heç bir müdaxilə etmədən özbaşına geriləməsi gözlənilir.

Hökumət inflyasiyanı yumaq monetar siyatəslə cilovlamağa çalışır.

Son xəbərlər
Oxşar xəbərlər