8 C
Baku
Friday, December 13, 2024

Dollar/TL məzənnəsi 15.3-ə yüksəlir

Türkiyə Mərkəzi Bankının faiz dərəcəsinə dair açıqlaması öncəsi ölkədə ABŞ dollarının məzənnəsi yeni rekorda qırır.

Banker.az xəbər verir ki, real zaman şəraitində dollar/TL cütlüyünün məzənnəsi tarixi maksimumlara qalxmaqla 15.2880 səviyyələrinə qədər bahalaşma yaşadı.

Bu da ticarət sessiyası açılandan 50 kuruş, yaxud 3.4%-lik azalma deməkdir.

USD/TRY cütlüyü bazar ertəsi rekord qırdıqdan sonra requlyator TCMB-nin müdaxiləsindən sonra məzənnə 14 səviyyəsindən aşağı gerilədi. İkinci gün günorta saatıarından sonra isə cütlüyün məzənnəsi yenidən bahalaşma ilə 2022-ci ilin sonu üçün gözlənilən proqnozu 2021-ci ilin sonu bitməmiş qabaqladı, hətta Fransanın investisiya bankı “Société Générale”nin “təəccüblü” gözləntisini də məzənnə vurub keçdi.

Türkiyədə milli valyuta niyə bu qədər dəyər itirir?

Türkiyədə inflyasiya göstəriciləri 20 faiz üzərində olmasına rəğmən, hökumət faizləri enidrməkdə israrlıdır. Adətən banklar faizləri inflyasiyanı cilovlamaq üçün istifadə etdiyi halda, Türkiyə rəsmiləri isə bunun əksini düşünür, “yüksək faiz, yüksək inflyasiya”dır deyə düşünür. Bu isə milli valyuta üzərində böyük təzyiqlər yaratmaqdadır.

Türkiyədə də biznesi olan “Unicredit” bankı düşünür ki, TCMB 100 baza bəndi faiz dərəcəsini endirərək 12%-ə qədər eydirəcəyini proqnoz edir.

“Barclays” isə Türkiyə Mərkəzi Bankının cari həftədə faiz dərəcəsini hətta 200 faiz bəndi azaldacağını gözləyir.

 

Son xəbərlər
Digər xəbərlər