10 C
Baku
Thursday, December 12, 2024

Dollar ucuzlaşır, neft bahalaşır – 55 dollara çatır

Fevral fyuçerslərində neftin qiyməti 1%-ə yaxın bahalaşma ilə 55 dollar/barrelə çatır. Ucuzlaşmanın əsas səbəbi ABŞ valyutasının qlobal bazarlarda dəyər itgisi və neft ixracatçılarının alyansının hasilatla bağlı qərarıdır.

Londonun qitələrarası fond birjasında Brent markalı xam neftin bir barreli 54.68 dollar olub (Bakı vaxtı:09:00). Bu günlük 0.38 dollar, yəni, 0.70 bahalaşma deməkdir.

Nyu-Yorkun əmtəə birjasında WTI xam neftinin bir barreli 0.43 dollar, yəni, 0.85% bahalaşmaqla 51.06 dollar olub.

Bu arada Səudiyyə Ərəbistanı “könüllü” addım ataraq, neftin hasilatını kəskin azaltmağı qərar verib. Bazarın əsas payçısının bu addımı və ABŞ dollarının dəyər itirməsi fonunda neftin qiymətinə təsir etməkdədir.

Yanvarın 5-də OPEC+ ölkələri nazirlərinin 13-cü iclasında gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların fevral-mart aylarında da davam etdirilməsi barədə qərar qəbul edlib. Yeni razılaşmaya əsasən, OPEC+ ölkələrinin gündəlik xam neft hasilatı üzrə ixtisarları fevralda 7 mln.125 min barrel, martda isə 7 mln. 50 min barrel təşkil edəcək.

Azərbaycanın isə bu ilin yanvar ayındakı 123 min barrel həcmində öhdəliyi fevral-mart aylarında sabit şəkildə qalacaq. “Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, növbəti iki ayda Azərbaycan gündəlik xam neft hasilatını 8 min barrel artıraraq istehsalı 595 min barrel səviyyəsində saxlayacaq.

Son xəbərlər
Digər xəbərlər