10 C
Baku
Friday, December 13, 2024

Dollar və avro bahalaşdıqda nə etmək lazımdır?

Dollar və avronun dəyəri milli valyutaya nəzərən günbəgün artmaqdadır. Bir çox vətəndaşlarımız yaranmış bu vəziyyətdən çıxış yolunu manatla olan bütün vəsaitlərini dollar və avroya çevirməkdə görür. Bu isə başa düşülən haldır. Heç kəs uzun müddətdir çətinliklə qənaət etdiyi məbləği itirmək və dəyərsizləşməsinə göz yummaq istəmir.

İnsanlar arasında panika yarandığı an mübadilə məntəqələri qəfil olaraq xarici valyutanı məhdudlaşdırır. Siz artıq onu istədiyiniz miqdarda almaq şansına sahib deyilsiniz. Bir qayda olaraq bankların və mübadilə məntəqələrinin qarşısında uzun növbələr yaranır. Vəsaitlərinizin bir hissəsini belə olsa dollar və avroya çevirməyə nail olduqdan sonra yenidən panika yaşamağınıza səbəb yoxdur. Sakitliyinizi qoruyun.

Bu zaman ekspertlərin dolların taleyi ilə bağlı verdiyi proznozları dinləməyin. İxtisaslı analitik və maliyyə menecerləri qlobal amillərin təsir və dəstəyi haqqında fikir irəli sürə bilərlər, lakin böhranın kəskin fazasında onların fikrinin çətin ki, sizə bir köməyi dəysin.

Valyuta almaq üçün ən ucuz məkanı təyin etməyə çalışın. Hansı mübadilə məntəqələrində dolların və yaxud avronun hansı qiymətə satıldığını araşdırmadan hərəkətə keçməyin. Əsas odur fırıldaqçıların xeyrinə davranmamaqdır!

Bundan əlavə, pullarınızın hamısını eyni bir bankda saxlamayın. Vəsaitlərinizi müxtəlif yerlərdə və müxtəlif valyutalarda saxlayın. Böhran kəskinləşdikdə banklar yatırımlarınızı geri götürməyə qadağa qoyacaq. İlk növbədə isə pullarınızı. Bu zaman sadəcə onlar sizə geri qaytaracaq vəsaitə sahib olmayacaqlar. Buna görə də, vəsaitlərinizi hissə-hissə ayrı-ayrı banklarda saxlamağınız məsləhətdir.

Heç kəsin bu xoşagəlməz vəziyyətin hələ nə qədər davam edəcəyini əvvəlcədən deyə bilmədiyi üçün “pis günə” indidən hazırlaşın. Qaçılmaz, mühüm alış-verişləri indidən edin. Əgər dərman lazımdırsa, indidən alın. Maşını təmir etmək lazımdırsa, indidən edin.

Özünüzə ehtiyat fondu yaradın. Rezümenizi yeniləyin və hazırda tələbat olan sahələr üzrə yeni bacarıqlar əldə edin. Çünki böhran zamanı ixtisarlar qaçınılmazdır.

Son xəbərlər
Digər xəbərlər