Türkiyədə ABŞ dollarının və avronun məzənnəsi tarixi rekord səviyyəyə yüksəlib.
“Hürriyet”ə istinadən xəbərə görə, birjalarda TRY/USD məzənnəsi 3,9070, TRY/EUR məzənnəsi isə 4,1083-ə çatıb.
Məzənnənin yüksəlməsinə səbəb Türkiyə Mərkəzi Bankının (TCMB) uçot dərəcəsini artıracağı ilə bağlı qərar qəbul etmək istəməməsidir. Belə ki, TCMB uçot dərəcəsinin artmasını iqtisadi artımı yavaşladacağını düşündüyünü dəfələrlə bəyan edib. İnvestorlar isə inflyasiya ilə uçot dərəcəsi arasında ciddi fərq əmələ gəldiyini səbəb gətirərək lirə aktivlərini sataraq xarici valyuta almağa başlayıb.
Qeyd edək ki, TCMB-nin növbəti iclası yanvarın 24-də keçiriləcək.