ABŞ-ın nüfuzlu “JPMorgan” bankı ilin sonuna qədər ABŞ dollarının məzənnəsinin möhkəmlənəcəyini proqnozlaşdırır. “Bloomberg” agentliyinə istinadən, Bankın Aktivlərin idarə edilməsi Departamentindən verilən məlumata görə, dolların möhkəmlənməsinə səbəb kimi inflyasiyanın sürətlənməsi və FED-in uçot dərəcəsini artırması gözləntiləri göstərilib.
“CNBC” telekanalına müsahibə verən “JPMorgan” bankının qlobal bazarlarda strategiya üzrə mütəxəssisi Jaslin Yeoya (Jasslyn Yeo) görə, son zamanlar dolların məzənnəsində müşahidə olunan zəif performans qısamüddətli olacaq: “Uçot dərəcəsindəki artım maliyyə bazarları tərəfindən yenidən qiymətləndirilməyə səbəb olacaq”.