13 C
Baku
Thursday, November 14, 2024

Dollar yenidən ucuzlaşmağa başladı

ABŞ Federal Ehtiyat Sisteminin (FES) rəhbəri Jannet Yellen dünən, iyunun 6-da Filadelfiya ştatındakı çıxışında investorların uçot dərəcəsi ilə bağlı gözlədiyi açıqlamanı verməyib və nəticədə, dolların digər valyutalara qarşı məzənnəsi azalmağa davam edib. 

Maliyyə bazarı iştirakçıları J.Yellendən yaxın aylarda uçot dərəcəsini artıracaq siqnallar gözləsə də, o, iyunun 3-də əmək bazarından gələn göstəricinin pisləşməsinə diqqət çəkib. Nəticədə, USD/EUR məzənnəsi 1,1393 səviyyəsinə qədər artıb. FES rəhbəri həmçinin Çinin iqtisadi problemlərinə və Britaniyada keçiriləcək referendumdan danışıb. Buna baxmayaraq, FES başçısı müsbət iqtisadi amillərin üstünlük təşkil etdiyini, əmək haqlarındakı artımın əmək bazarının tam məşğulluğa yaxınlaşdığını bildirsə də FES üzvləri faizləri artırmamışdan əvvəl əmək bazarının tam bərpa olunduğunu görmək istəyir. Bunun üçün də iyun ayı məşğulluq göstəricisinin 200 min nəfərə yaxın olması tələb edilir. 575569d252bcd028008c700b

FES-in iyunda faizləri artırmayacağı, iyul ayı üzrə gözləntilərin minimal səviyyəyə enməsi isə dolların məzənnəsini kəskin aşağı sala bilər. Analitiklər ABŞ iqtisadiyyatından zəif statistik göstəricilərin açıqlanmaya davam etməsi halında dollar/avro məzənnəsinin 1,17-1,18 USD/EUR və hətta daha yüksək səviyyəyə qədər artacağını ehtimal edirlər. Belə olarsa, neft qiymətləri də 60-65 dollar/barelə qədər arta bilər.

Report

Son xəbərlər
Digər xəbərlər