6 C
Baku
Sunday, December 15, 2024

Dollar…

1. Dollar banknotlarının üzərində ABŞ prezidentlərinin portretləri təsvir edilir. Lakin 100 dolların üzərində rəsmi təsvir edilmiş B. Franklin heç vaxt prezident olmayıb. O ABŞ yaradıcıları sırasına daxil olduğu və İstiqlal Bəyannaməsini imzaladığı üşün bu şərəfə layiq görülmüşdür.

2. Amerika pulları üzərindəki piramidalar hansı mənanı daşımalı idilər? Tikilinin özü ölkənin qüdrətini, 13 pillə ölkənin ilk ştatlarının sayını, zirvənin olmaması isə ölkənin müstəqilliyinin təmin edilməsi işinin heç vaxt başa çatmayacağını simvolizə edir.

3. ABŞ gizli xidmətinin yaradılmasını amerikanlar məhz dollara borcludurlar. Məsələ ondadır ki, 19-cu əsrdə saxta pulların istehsal edilməsi ölkənin əsas bəlasına çevrilmişdi – amerikan valyutasının üçdə bir hissəsi cinayətkarlar tərəfindən çap edilirdi. Məhz ilk gizli xidmətin agentləri bu cinayətkarlıqla mübarizə aparmalı olmuşdular.

4. Sikkələrin kənarlarının çıxıntılı olması – sikkələrin kənarlarından  sürtünmə ilə qiymətli metalın alınmasına qarşı əsas mübarizə üsulu idi. Lakin 1 və 5 sentlik sikkələr həmişə hamar olaraq zərb edilirdi. Çünki onlar qiymətli metaldan hazırlanmırdı.

5. 1 və 5 dollarlıq banknotların ömrü 1, 10 dollarlıq banknotun ömrü isə yarım ildir. 50 və 100 dollarlıq banknotların orta ömrü 9 ilə qədər davam edir. Sikkələr isə 30 il müddətinə dövriyyəyə buraxılır.

Son xəbərlər
Digər xəbərlər