Banklar dolların mübadiləsində qiymətləri ötə günə nisbətdə yenə ucuzlaşdırıblar. Dolların alış qiymətində banklardan bir neçəsi dolların alış qiymətini 1,60 manata kimi endiriblər.
Səhər saatlarında dolların alışını 1,58-ə qəbul edən “Turanbank” günorta saatlarına kimi artıraraq 1,60 manat edib. Dolları ən ucuz qəbul edən banklardan biri də “NBC Bank”dır, 1,60 manat.
Buna baxmayaraq, bir neçə bank dolların mübadiləsində daha insafli davrandığı müşahidə edilir. Belə ki, dolları hal hazırda ən yüksək krsla qəbul edən bank “Kapital Bank”dır, 1,67 manat. Dolları ən ucuz sərfəli qiymətə satan bank isə “BTB Bank və “NikoilBank”dır.
Banker.az sizə bu siyahını təqdim edir ( SAAT 15:00 ):
Dolları ən baha alan 5 bank | USD/AZN Alış |
1. “Kapital Bank” | 1.6700 |
2. “BTB Bank” | 1.6500 |
3. “Expressbank” | 1.6500 |
4. “Xalq Bank” | 1.6500 |
5. “Azərbaycan Beynəlxalq Bankı” | 1.6500 |
Dolları ucuz satan 5 bank | USD/AZN satış |
1. “Amrahbank” | 1.7200 |
2. “BTB Bank” | 1.7200 |
3. “Bank Respublika” | 1.7300 |
4. “Nikoil Bank” | 1.7300 |
5. “Bank VTB” | 1.7300 |