15 C
Baku
Saturday, November 2, 2024

Dolların bahalaşma səbəbi – lirə nə qədər ucuzlaşacaq?​

Dollar türk lirəsinə qarşı bu gün də bahalaşaraq 3.67 lirə təşkil edib.Türk bankirləri dolların lirəyə qarşı bundan sonra da dəyər qazanacağını irəli sürürlər.

Dolların dəyər qazanmasına səbəb ABŞ-da kənd təsərrüfatı xarici məşğulluq göstəriciləri və maaş artımları ilə bağlı rəqəmlərin açıqlanmasıdır. Hansı ki, bu da 2017-ci il üzrə daha çox faiz artımına gediləcəyi ehtimalını gücləndirir.

Analitiklər bildirir ki, ABŞ-da açıqlanan məşğulluq məlumatlarından sonra dollar indeksindəki yüksəlmə lirənin dollar qarşısında zəifləməsini sürətləndirir:

“Siyasi qeyri-müəyyənliklər də dolların yüksəlişinə təsir edir. Bundan əlavə FES üzvləri şərhlərində il ərzində 3 faiz artımına gedəcəklərini bəyan edirlər”.

Ekspertlərin sözlərinə görə, dolların dünyada dəyər qazanması ABŞ valyutasının lirəyə qarşı yükəlişini davam etdirə bilər. Dolların 3.70, 3.72 və 3.75 lirədən yuxarı yeni zirvə meydana gətirməsi istisna deyil. Avronun isə TL-yə qarşı 3.90 səviyyəsinə yüksəlməsi gözləniləndir.

MənbəPublika.az
Son xəbərlər
Digər xəbərlər