ABŞ-da iyun ayında illik inflyasiya açıqlandı və 9.1 faizlik göstərici ilə gözləntiləri kəskin üstələdi.
Bu barədə Banker.az ABŞ Əmək Statistikası Bürosuna istinadən xəbər verilir.
Qeyd edilir ki, ABŞ-da iyun ayında aylıq inflyasiya 0.7% olmaqla gözləntiləri (0.6%) üstələyib.
İnflyasiya yüksəldikcə ABŞ FED-i növbəti iclaslardan daha aqressiv faiz artımına getməsi ehtimallarını artırır. Hətta bu göstəricilər növbəti iclaslarda 75 baza bəndindən də yuxarı faiz artımını mümkün sayılır.
Bu xəbərdən sonra ABŞ dollarının indeksi 108.36 bəndə yüksəılib. Bu xəbərin ardından EUR/USD sürətlə düşərək 1-in 1-ə səviyyəsinə düşüb. Həta bəzi saatlarda EUR/USD 0.999 səviyyəsinə də toxunub.