15 C
Baku
Saturday, April 20, 2024

Dolların devalvasiyası: mif, yoxsa reallıq?

BANKER.AZ/ ABŞ iqtisadiyyatı yavaşlayır və səlahiyyətliləri sınanılmış bir üsula – kəmiyyət yumşalmasına əl atmağa vadar edir. Bütün bunlar dolların zəifləməsinə səbəb olacaqmı və digər valyutalar nə vəziyyətə düşəcəklər?

Dolların zəifləməsi kimlərə sərf edir?

İnvestorların dünya iqtisadiyyatının böyüməsinə dair narahatlıqları artdıqca, Amerika valyutasının zəifləməsini proqnoz edənlərin sayı daha da çoxalır. Ötən həftə Avropanın ən böyük iki bankı “zəif dollar” dövrünün başladığını elan etdi:

  • “FED (ABŞ-ın Federal Ehtiyatlar Sistemi) “kəmiyyət yumşalması” proqramına başlaya bilər. “Kəmiyyət yumşalması” proqramı dedikdə, dolları çap etməyə, kəsiri azaltmağa və iqtisadiyyatı “istiləşdirməyə” başlamaq nəzərdə tutulur. Dünya ölkələrinin borcu 240 trilyon dollar təşkil edir (əsasən ABŞ valyutası ilə), buna görə aktivlərin bütün kateqoriyaları Amerika dollarının likvidliyi və hərəkət istiqamətinə çevrilir”, – Saxo Bank-ın investisiya direktoru Steen Jacobsen qeyd edir. Və sonra belə bir nəticəyə gəlir: FED-in bundan başqa çarəsi yoxdur. 

 

  • “ABŞ iqtisadiyyatında tənəzzül baş versə, investorlar üçün amerikan şirkətlərin qiymətli kağızlarının cəlbediciliyi azala bilər. Narahatedici proqnozlara baxmayaraq, S&P 500 indeksi indi ən yüksək səviyyədədir (son beş ili nəzərə alsaq). İnvestorların ABŞ-a etibarı zəifləyir və bu eyni zamanda siyasi risklərlə müşayiət olunur (Trampın impiçmenti)”, – Commerzbank-ın valyuta strategiyasının rəhbəri Ulrich Leuchtmann bildirir. 

Əslində, mütəxəssislərin dolların zülmünün sona çatması ilə bağlı spekulyasiya etmələri üçün bir çox səbəb var. Sentyabr ayında ABŞ-ın sənaye sektorundakı ISM istehsal indeksi 47,8 bala endi. Bu, son on ildə ən aşağı qiymətdir. Bundan əlavə, FED-in son hesabatına görə, yeni iş yerlərinin sayı da azalmaqdadır. Bunun fonunda ABŞ-ın monetar orqanları iqtisadiyyatı pulla doldurmağa başladılar. Bloomberg-in verdiyi məlumata görə, sentyabrın 12-dən oktyabrın 3-dək FED-in balansı 185,8 milyard dollar artıb. “Kəmiyyət yumşalma” proqramının noyabrın 4-nə kimi etibarlı olacağı məlumdur və çoxları elə düşünür ki, bu hələ başlanğıcdır. Nordea analitiklərinin fikrincə, iqtisadiyyata əlavə daxil olmalar 10-15 milyard dollar təşkil edə bilər. JP Morgan Amerika valyutasının aylıq emissiyasının 17 milyard dollar səviyyəsində olacağını proqnozlaşdırır.

“Amerikanın maliyyə orqanları dolların qiymət artımının qarşısını almağa cəhd göstərsələr, inkişaf etmiş dünyanın (G10) valyutaları möhkəmlənə bilər”, – deyə Rusiyanın RosBank bankının analitiki Yevqeniy Koşelyev qeyd edir. General Invest-in analitiki Mixail Smirnov, FED-in dərəcələri azaltmaq siyasətinin Amerika valyutasının davranışına da təsir edəcəyini vurğuladı. “FED-in növbəti iclası oktyabr ayının sonlarına planlaşdırılır. Əgər faiz dərəcələri 0,25 azalarsa, bazarın buna verdiyi reaksiya mülayim olacaqdır. Azalma 0,5 və daha çox təşkil edəcəyi təqdirdə, dolların zəifləməsini gözləyə bilərik”, – mütəxəssis bildirir. 

Devalvasiya qaçılmazdır

Dolların ucuzlaşması digər valyutaların möhkəmlənməsinə səbəb olacağı anlamına gəlirmi? Və burada da hər şey göründüyü kimi deyil. Məsələn, avronun möhkəmlənməyə başlaması üçün iqtisadi artıma və tənzimləyicinin güclü mövqeyinə ehtiyac var. Sentyabr ayında Vahid Avropa Bankı faiz dərəcəsini tarixi minimuma endirərək (-0,5%), ayda 20 milyard avroluq kəmiyyət yumşalma proqramının başladığını elan etdi. Avropanın işini geosiyasi amillər çətinləşdirir: Brexit ilə bağlı danışıqlarda durğunluq müşahidə olunur. Avropa mediası yazır ki, “sərt” Brexit günü-gündən daha da real görünür. Bu həm İngiltərə funtunun, həm də avronun mövqeyini xeyli sarsıda bilər. İstisna – investorların üstünlük verdiyi İsveçrə frankı. 

Çin yuanının möhkəmlənmək şansı demək olar ki, yox dərəcəsindədir. ÇXR-in səlahiyyətliləri ixraca əsaslanan iqtisadiyyatı dəstəkləmək üçün vaxtaşırı öz valyutalarını devalvasiya edirlər. Avqust ayında Donald Tramp açıq şəkildə Çini valyuta manipulyasiyalarında ittiham etdi. Onda Çin Xalq Bankı məzənnəni 7 yuandan aşağı endirdi. 2008-ci il maliyyə böhranında da təxminən eyni nisbət olmuşdur. Son bir ildə yuanın dollara nisbətdə 14% ucuzlaşıb və bu, Mərkəzi Bankın itkisinə səbəb oldu. 

“Əsas rəqiblər – Çin və Aİ – özlərini ABŞ-dan daha pis hiss edirlər. Aİ-da ÜDM 1,2% düşüb, işsizliyin səviyyəsi qalxıb. Avropa Mərkəzi Bankı çox güman ki, avronu zəiflədəcək, Çin də eyni strategiyaya əl ata bilər”, – Rusiyanın fond birjasının mütəxəssislərindən biri qeyd edir. 

Rusiya rublunun şansları daha azdır, birincisi, indi o neft bazarındakı vəziyyətə bağlıdır, ikincisi, investorların Federal Borc İstiqrazlarından asılı olmağa davam edir. “Rubl və digər inkişaf etməkdə olan bazarlar, şübhəsiz ki, Avrozonada artan likvidlikdən dəstək alacaqlar. Lakin, ABŞ və Çin arasındakı ticarət mübahisələri həll olunmadığı təqdirdə, bu likvidlik valyutaların möhkəmlənməsinə kömək etməyəcəkdir”, – deyə Rusiyanın Otkrıtiye bankının iqtisadçıları Maksim Petroneviç və Aleksey Tixonov bildirirlər. Onlar olaraq qeyd etdilər ki, ABŞ-da “kəmiyyət yumşalma” proqramının başlaması ilə əlaqəli olan qorxular əsassızdır: axı avqust-sentyabr aylarında Maliyyə Nazirliyi dövlət istiqrazlarını yerləşdirdi və 170 milyard dollar uddu. 

Bu yaxınlarda FED-in sədri Jerome Powell, tənzimləyicinin hərəkətlərini “kəmiyyət yumşalması” kimi qəbul edilməli olmadığını söylədi. ABŞ-ın qısamüddətli dövlət istiqrazlarını satın alması, bank sektorundakı dollar likvidlik bazarında sabitliyə zəmanət verir. Beləliklə, FED-in riskli aktivlərin qiymətinə təsirinin əhəmiyyətli olmayacağını söyləyə bilərik, buna görə də rubl daxil olmaqla inkişaf etməkdə olan ölkələrin valyutalarını dəstəkləməyəcəkdir.

 

Son xəbərlər
Digər xəbərlər