12 C
Baku
Saturday, November 16, 2024

Dolların faiz dərəcələrinin artırılması təklif olunur

FED üzvləri iqtisadi durğunluğun ABŞ-da yarada biləcəyi fəsadlara görə narahatdır.

Amerika Birləşmiş Ştatlarında (ABŞ) Federal ehtiyat sistemi üzvləri növbəti dəfə uçot dərəcəsinin artırılması təklifini nəzərdən keçirir.Qurumun son iclasının protokoluna görə, FED üzvləri qlobal iqtisadi durğunluğun ABŞ-da yarada biləcəyi fəsadlardan dolayı çox narahatdır.

Nizamlayıcı dekabrda uçot dərəcəsinin dəyişilməsindən bəri dünyada iqtisadi qeyri-müəyyənliyin artdığını hesab edir.  Hələ ötən həftə Konqresdə çıxışı zamanı FED-in

FED-in sədri Canet Yelen
FED-in sədri Canet Yelen

sədri Canet Yelen mövcud qlobal şərtlərin ABŞ iqtisadiyyatına ziyan vura biləcəyini

söyləmişdi.

Qurum eyni zamanda Çin, Meksika və Kanadada müşahidə olunan zəif iqtisadi artım tempindən narhatdır. Dekabr ayında mərkəzi bankı üzvləri FED-in uçot dərəcəsinin 0.25-0.50 faiz artırılmasına dair yekdil qərara gəlmişdi.

Həmin qərardan sonra neft qiymətləri ucuzlaşmağa davam edir, səhm bazarları isə kənar təsirlərə daha həssas olub. Analitiklər FED-in növbəti dəfə uçot dərəcəsini mart ayında artıra biləcəyini istisna etmir.

ANS Press

Son xəbərlər
Digər xəbərlər