Azərbaycan Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə yanvar ayının ilk valyuta hərracı keçirilib.
Bu barədə məlumat Banker.az-a AMB-dən məlumat daxil olub.
Məlumata görə, 4 yanvar 2018-ci il tarixində keçirilən valyuta hərracında manatın orta çəkili məzənnəsi sabit qalaraq 1,7001 səviyyəsində formalaşıb. Məlumat üçün bildirək ki, sonuncu dəfə dollar/manat cütlüyünün məzənnəsi 6 dekabr tarixində 1.7000 olmuşdu.
Qeyd edək ki, sonuncu hərracda USDAZN cütlüyünün məzənnəsi 1,7001 səviyyəaində formalaşmışdı.
Dollar, avro və rublun banklarda dəyşilməsini online cədvəllə (linkdə) müşahidə edə bilərsiz.