26 C
Baku
Saturday, July 27, 2024

Dolların məzənnəsi ABŞ-dan gələn xəbərlə artıb

ABŞ dollarının qlobal valyuta bazarında məzənnəsi artmağa başlayıb.

Buna səbəb ABŞ-da açıqlanan müsbət iqtisadi göstərici olub. Belə ki, qeyri-kənd təsərrüfatı sektorunda məşğulluq göstəricisi may ayında 253 min nəfər artım göstərib. Analitiklər isə bu göstəricinin 185 min nəfər artacağını proqnozlaşdırırdılar.

Göstəricinin proqnozlardan üstün açıqlanması dollara tələbatı artırıb. “Report”un analitik qrupu hesab edir ki,  bu göstərici ABŞ Federal Ehtiyat Sisteminin (FED) iyunun 13-14-də keçirəcəyi iclasda uçot dərəcəsini artıracağı ehtimallarını demək olar ki, 100%-ə çatdırıb. Həmçinin, bu göstərici ilin qalan hissəsində FED-in uçot dərəcəsini artırmaq ehtimallarını yüksəldir. Hazırda əsas valyuta cütlüyü dollar/avro məzənnəsi 0,3% azalma ilə 1,12 USD/EUR səviyyəsində qərarlaşıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər