8 C
Baku
Thursday, December 12, 2024

Dolların məzənnəsi 2021-ci ilin ən yüksək səviyyəsinə qalxıb

Amerika Birləşmiş Ştatlarının (ABŞ) iqtisadiyyatındakı bərpa olunma və COVID-19 əleyhinə vaksinasiyanın cəldləşdirilməsi xəbərləri dünyanın bir nömrəli valyutası dolları (USD) 2021-ci ilin maksimumuna yüksəldib.

Banker.az xəbər verir ki, ABŞ dollarının 6 əsas valyuta səbəti qarşısında indeksi 0.14% artımla 93.455 bəndə yüksəlib. Bu mart ayının əvvəli ilə müqayisədə 2.93%, ilin əvvəli ilə müqayisədə isə 4.01% artımdır.

ABŞ-da seçkilər sonrası nəticələrdən sonra ölkənin valyutasının indeksi 6 valyuta səbəti qarşısında enişlə 89.649 bəndə qədər geriləmişdi. Sonrada yeni seçilmiş demokrat prezident Co Baydenin 1.9 trilyon dollarlıq “yardım paketi” paketi ilə bağlı fikrilər dolları möhkləndirməyə səbəb oldu.

USD/JPY cütlüyünün məzənnəsi sessiya ərzində 0.35% artımla 110.72 səviyyəsinə qədər yüksəlib.

ABŞ prezidenti Co Bayden həftənin çərşənbə günü 3-4 trilyon dollarlıq infrastruktur planını ictimaiyyətə açıqlayacaq. Həmin planın gerçəkləşməsi üzrə maliyyə mənbəyi hələ ki ictimaiyyətə məlum deyil, o görüşdə də Baydenin bununla bağlı açıqlamalar verməsi gözlənilir.

Əlavə olaraq, ABŞ-da virus əleyhinə peyvəndlə bağlı durum yaxşılığa doğru gedir. Avropa ölkələrində “tromp” bəhanəsi ilə peyvəndləmənin dayandırıldığı bir vaxta dünyanın supergücü ABŞ isə artıq aprel ayının 19-na qədər 90% ABŞ yetginlərinin peyvənd olunacağı gözlənilir.

“Commonwealth Bank of Australia”nın kurslar üzrə strateqi Karol Konq deyir ki, ABŞ iqtisadiyyatının göstəriciləri yaxın gələcəkdə dolların güclənməsinə dəstək olacaq.

Son xəbərlər
Digər xəbərlər