Mənbə: Dolların “qürubu” başlayıb, Azərbaycan həssas seçim qarşısındadır

Ölkəmiz dünya ticarətində dolların payının aşağı düşməsinin əleyhinə gedə bilməz, amma ixracatçılarımız milli valyutalarla alverdə uduza bilərlər

Dünya ticarətində ABŞ dollarının hegemonluğu ilə mübarizənin konturları və qarşılıqlı ticarətdə milli valyutaya keçid imkanları daha aydın görünür. Azərbaycan da yəqin ki, bu deyilənlərə qoşulacaq. Banker.az bildirir ki, bu barədə mənbə olan “Sputnik” yazır.

Rusiya Mərkəzi Bankının (RMB) sədri Elvira Nabiullina Direktorlar Şurasının son iclasının nəticələrinə həsr olunmuş mətbuat konfransında deyib ki, RMB artıq dollarsızlaşdırma siyasətini həyata keçirir və milli valyutada ödənişlərin artım istiqamətini dəstəkləyir.

Dominant valyutanın — dolların statusu hazırda bir çox istiqamətlərdən zərbə almağa başlayıb. Bu zərbələri vuranların önündə İran, İraq, Rusiya və Türkiyə gedir. İkinci eşelonda Çin hərəkət etməyə başlayıb və bu dairəni Avropa İttifaqının rəhbərliyi qapayıb.

Xarici ticarət hesablaşmalarında ABŞ dollarından imtina bir neçə müstəvidə baş verə bilər. İlk növbədə elə yeni dünya valyutası tapmaq lazımdır ki, ticarət proseslərində ondan istifadə еdilsin və o, güclü şəkildə aşağı-yuxarı oynamasın. Hazırkı mərhələdə bir çox ekspertlər hesab edirlər ki, bu tapşırığı Avrozonanın 19 ölkəsinin vahid valyutası olan avro yerinə yetirə bilər.

Bəziləri Çin valyutası olan yuana üstünlük verir. Onların hesablamalarına görə, Çin iqtisadiyyatı tezliklə ABŞ iqtisadiyyatına keçə bilər. Böyük Britaniyanın Avropa İttifaqından çıxmasından sonra Britaniya funt sterlinqini də xatırlamaq olar. Çünki funt sterlinq ötən əsrdə dominant dünya valyutası rolunu yerinə yetirmişdi.

Bütün bunlarla yanaşı, az-çox yüksək şansa avro malikdir. Çünki Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker avronun beynəlxalq rolunu artırmaq niyyəti barədə danışmışdı. Yunker Amerika dollarının üstünə gedərək bəyan etmişdi ki, Avropa İttifaqının neft və digər enerji daşıyıcılarının idxalına görə, pulu niyə dollarla ödədiyinin səbəbini bilmir. Halbuki onların cəmi 2%-i ABŞ-dan gəlir, qalanları isə başqa ölkələrdən idxal edilir.

Əgər nəzərə alınsa ki, enerji daşıyıcılarının əsas ixracatçısı Rusiyadır və Avropa İttifaqının rəhbərliyi də Rusiya hökuməti ilə ticarətin avro və milli valyuta ilə həyata keçirilməsi barədə razılığa gələ bilər, onda Yunkerin bu bəyanatı Amerika dolları üçün xüsusilə təhlükəlidir.

İkitərəfli ticarətdə milli valyutalarının istifadəsinə gəldikdə, inkişaf etməkdə olan ölkələrlə bağlı vəziyyət elə də sadə deyil. Çünki həmin valyutalar əsasən ABŞ dollarına nisbətən güclü dəyişkənliyə məruz qalır. İranla İraq arasındakı razılaşmalarda iki ölkə arasındakı xüsusi yeri bir sıra malların barter əməliyyatlarının tutması təsadüfi deyil.

Ancaq söhbət əhəmiyyətli həcmlərdən gedəndə, bu üsulun tətbiqinə nail olmaq çox çətindir. Bununla əlaqədar olaraq, dünyanın müxtəlif ölkələrinin mərkəzi banklarının mütəxəssisləri xarici ticarət əməliyyatlarında milli valyuta ilə ticarətə keçid əmsallarının müəyyənləşdirilməsi üçün kifayət qədər işləməlidirlər.

Valyutanın volatillik əmsalının müəyyən edilməsi Azərbaycan üçün də əhəmiyyətlidir. Çünki Türkiyə ilə xarici ticarət əməliyyatlarının milli valyuta ilə aparılmasına keçid istiqamətində işlər görülür.

Onu da nəzərə almaq lazımdır ki, milli valyuta olan manat son il ərzində dollar qarşısında öz dəyərini itirməyib, lakin türk lirəsi, ABŞ Türkiyəyə qarşı sanksiyalar tətbiq etdikdən sonra öz mövqelərini kifayət qədər Amerika dollarına güzəştə gedib. Və müvafiq olaraq azərbaycanlı ixracatçılar qonşu ölkələrin valyutalarının volatillik əmsalları ilə maraqlanmasalar, böyük maliyyə itkiləri ilə üzləşə bilərlər.

Yeri gəlmişkən, qarşılıqlı hesablaşmalara keçid, nəticədə böyük hissəsini Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) yönəltdiyi ölkənin valyuta ehtiyatlarının strukturunu əhəmiyyətli dərəcədə dəyişəcək.

Ölkənin “baş xəzinə”sinin investisiya portfelində ilin birinci yarısının yekunlarının görə 38 milyard dollar, o cümlədən 50,1% birbaşa ABŞ dolları, 33,6% avro, 4,8% Britaniya funtu, 1,6% yapon yeni, 1,3% Çin yuanı, 1,2% Koreya vonu, 0,9% türk lirəsi, 0,9% rus rublu, 0,7% Azərbaycan manatı, 0,6% Avstraliya dolları, 3,5% qızıl və 1,5% digər valyutalar var.

ARDNF-in hazırkı valyuta strukturları aktivi ABŞ dollarının hegemon mövqeyinin zəifləməsi fonunda qonşu ölkələrin valyutalarının payının artımı ilə dəyişdirilərək təsdiqlənəcək. ARDNF aktivlərinin məbləği və vəsaitlərinin artım dinamikası rəsmi rəqəmlərə görə belədir (milyard dollarla): 2010-cu il – 22,8 (artım — 52,79%); 2011-ci il – 29,8 (artım — 30,89%); 2012-ci il – 34,1 (artım — 14,53%); 2013-cü il – 35,9 (artım —5,12%); 2014-cü il — 37,1 (artım —3,42%); 2015-ci il — 33,5 (azalma – 9,5%); 2016-cı il —33,147 (azalma – 1,1%); 2017-ci il- 35,8 (artım —8%).

ARDNF 29 dekabr 1999-cu ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə yaradılıb.