6 C
Baku
Friday, January 17, 2025

Dolların rəsmi məzənnəsi 2 manata çata bilər – TƏHLİL

Müəllif: Yaqub Rəhimov, Group Strategy Captain AtoZForex.com

Hazırda Azərbaycanın valyuta bazarında baş verənlərə baxdıqda , çoxumuzda belə bir sual yaranır “Manat nə vaxta qədər düşə bilər?”. Bu sual istər-istəməz hər birimizdə yaranır. Çünki Mərkəzi Bankın üzən məzənnəyə keçən gündən artıq manatın qiymətdən düşməsi prosesi nəzarətdən çıxmağa başlamışdır. Bu özünü həm bankların çoxunun dollar satmamağında, həm qara bazarda dolların 1.8-2 AZN qiymətinə çatmağında , həmdə Mərkəzi Bankın qəbul etdiyi sistemsiz qərarlarda göstəməyə başlamışdır.

Nəzəri olaraq, manatın qiyməti müəyyən maksimum qiymətə qədər düşməsini təxmini hesablamaq mümkündür. Təbii ki, bu prosesə təsir edən hədsiz parametrlər vardır və onların hamısı nəzərə almaq olduqca çətindir. O baxımdan, biz sadə bir təhlilə baxaq. Təhlilə keçməmişdən əvvəl bir vacib nüansı qeyd edək ki, manatın qiymətdən düşməsinə təsir edən ən vacib parametr neftin qiymətidir. Bu vaxta qədər neftin qiyməti baha idi və Mərkəzi Bank ehtiyatları hesabına manatın məzənnəsi saxlaya bilirdi, hazırda isə neftin qiyməti düşür.

Azərbaycanda 2016-il büdcəsində neftin bir barrelinin qiyməti 50$ nəzərdə tutulub. Hazırda neftin qiyməti 35$-dan aşağıdır. Bu onu göstərir ki, əgər neftin qiyməti 35$ civarında qalsa , o zaman neft satışından əldə olan gəlirlərin dövlət büdcəsində 30% azalma ilə müşahidə olunacaq – yəni kəsr yaranacaq. Ölkə bu kəsri bağlamaq üçün variantlardan biri olaraq manatın kursunu yumşaltmağı seçə bilər. Çünki büdcə manatla formalaşır, neft pulu isə dollarla daxil olur. Manatın kursu daha da yumşaldılmaqla ,ölkə manat kütləsini artıra bilər və beləliklə daxili büdcə xərclərini azaltmağa nail ola bilər.

Hazırda Mərkəzi Bankın 1 dollar üçün rəsmi məzənnəsi  1.5642 manat təşkil edir.  Qeyd etdiyimiz 30%-lik kəsri məzənnə üzərinə çevirsək , o zaman 1 dolların 2,0335 manata  çatması qaçılmaz hala gələcəkdir.

Təbii ki, bu prosesin ən pis senarilərdən biridir (ən pis ssenari neftin qiyməti indikindən aşağı düşməsidir). Mərkəzi Bankın alternativ yollarıda vardır

  • Büdcədə olan kəsri ehtiyatlar hesabına bağlamaq. O zaman devalvasiyaya ehtiyac qalmayacaqdır (bu illik).
  • Neftin qiyməti 50$ yaxınlaşsa. Anatliklərin proqnozuna görə neftin qiyməti 35-40$ olacağını bildirirlər.

Son xəbərlər
Digər xəbərlər