12 C
Baku
Friday, November 1, 2024

Dolların taleyi ilə bağlı rəqəmlər açıqlanacaq

Bu gün Bakı vaxtı ilə saatı 17:30-da ABŞ-da dekabr ayı üzrə kənd təsərrüfatı xaric məşğulluq hesabatı (NFP) və işsizlik nisbəti açıqlanacaq.

Federal Ehtiyat Sisteminin növbəti iclasında verəcəyi faiz qərarında bu rəqəmlər həlledici rola malik olacaq. FED-in dekabr ayı üzrə protokollarında məşğulluğun rəsmilər üçün əsas məsələlərdən biri olduğu irəli sürülmüşdü. İşsizlik nisbəti geriləməyə davam edərkən FOMC üzvləri məşğulluq bazarında həddən artıq “qızma” baş verib-vermədiyini müzakirə edirdi.

Onu da bildirək ki, dekabr ayı üçün iqtisadçıların gözləntisi 175 min artımdır. İqtisadçılardan gələn ən yüksək proqnoz 221 min, ən aşağı proqnoz isə 125 mindir. İşsizlik nisbətinin isə 4,7 faiz səviyyəsinə yüksəlməsi gözlənilir.

MənbəPublika.az
Son xəbərlər
Digər xəbərlər