Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun yanında manatın devalvasiyasının yaratdığı iqtisadi və sosial nəticələrinmümkün qədər kompensasiya edilməsi məsələləri müzakirə olunub.
Kompleks tədbirlər toplusunun mühüm bir istiqaməti kimi ABŞ dolları ilə kredit borcları olan vətəndaşlara güzəşt məsələsinə baxılıb.Bu məsələ ilə bağlı Ali Məclis sədritapşırıq verib ki,Naxçıvanda banka ABŞ dolları ilə kredit borcu olan sakinlər borclarını ödəyib qurtaranadək (yalnızkredit borcu olanlar borcunu ödəyən zaman)1 dollar = 1.05 manat ekvivalentində konvertasiya edilsin.
Strateq.az