16 C
Baku
Thursday, May 16, 2024

Dollarlar ABŞ-ın dünya hökmranlığını təmin edir

1912-ci ildə Vudro Vilson ABŞ-ın prezidentliyi vəzifəsinə öz namizədliyini irəli sürür. Həmin zaman onun yanına Bernard Barux gələrək təklif edir ki, ona 50 min dollar məbləğində köməklik etməyə hazırdır, bir şərtlə ki, Vilson prezident seçildiyi təqdirdə ABŞ FES-ini yaratmaq barədə prezident sərəncamı imzalayacaq. Həmin dövrdə bu kifayət qədər sanballı rəqəm idi. Sövdələşmə baş tutur. Vudro Vilson prezident seçilir və 1913-cü il dekabrın 23-də onun verdiyi prezident sərəncamı ilə FES fəaliyyətə başlayır. 

Bəs bütün bunlar nə anlama gəlir: bir zamanlar ABŞ-ın maliyyə nazirliyinə məxsus olan çap maşını indi bir qrup bankirin əlinə keçmişdi, onların arxasında Barux, Rotşild, Rokfeller və Morqan dayanırdı. Onlar həris şəkildə pul çap etməyə başlayır, yəni bütün problemlərini həll edəcək qədər dollarlar çap edilir. Əlbəttə ki, əsas məqsəd ABŞ-ın dünya hökmranlığını təşkil etmək idi. Beləliklə tezliklə ABŞ pullarının iştirakı olmadan birinci dünya müharibəsi başlayır. Onu əsas məqsədi isə Rusiyanı məhv etmək idi. Az sonra isə Fevral inqilabı baş tutur və guya ki, çar Nikolay taxtdan əl çəkir.

Nəhayət 1917-ci il 7 noyabrda, Leyb Davidoviç Bronşteynin ad günündə ABŞ-ın bir təbəəsi A.F. Kerenskiy Rusiyadakı hakimiyyəti oktyabr inqilabı adı ilə ABŞ-ın digər bir təbəəsi Lev Trotskiyə təhvil verir, hakimiyyətə bolşeviklər gəlir, halbuki həmin dövrdə Peterburqda onların sayı heç min nəfərdən də çox deyildi.

ABŞ-da fərdi qaydada FES-də çap olunmuş pullar sayəsində Almaniyada Adolf Hitler hakimiyyətə gətirilir, o elə həmin bu pullar sayəsində 1933-1939-cu illər ərzində Almaniya sənayesini yenidən dirçəltdi və yenə də SSRİ-Rusiyanı məhv etmək məqsədi ilə dünyada ən güclü ordunu yaratdı. Belə deyirdilər ki, Vilsonun sərəncamının başa çatma müddəti 23. 12. 12 həm də ABŞ üçün dünyanın sonu olacaq.

Son xəbərlər
 ⁠
Digər xəbərlər