5 C
Baku
Şənbə, Yanvar 29, 2022

Dollarlar ‘yastıq altın’dan çıxır: Azərbaycan əhalisi nağd $1 milyardı banklara satıb

Son aylarda Azərbaycanda əhalinin dollara marağı artmış kimi nəzərə çarpır, lakin 5-ci aydır ki, alış satışı üstələyir.

Banker.az xəbər verir ki, əhali cari ilin avqustunda əhali tərəfindən banklara 124.02 mln. ABŞ dolları satılıb. Bu da öncəki ayla müqayisədə 4.1% artmışıdır.

Əhali tərəfindən banklardan 95.34 mln. ABŞ dolları alıblar. Mübadilə əməliyyatlarındakı göstəricilərdə ABŞ dollarına olan alışın həcminin 1.2% artmışdır.

Bununla da əhali ilə banklar arasında alış-satışda 28.68 mln. ABŞ dolları fərq ortaya çıxır.

Artıq apreldən etibarən əhalinin əllərindəki nağd dolların banklara satışı alışı üstələməkdədir. Göründüyü kimi, son 5 ayda əhalinin “yastıq altında” qalan dolları da artıq bankın kassalarında dövriyyə girir.

Eyni ilə fərq ilin əvvəlindən avqusta qədər tarixdə də müşahidə edilməkdədir. Məsələn, 2020-ci ilin yanvar-avqust ayları ərzində banklar əhalidən 747.07 mln. ABŞ dolları almış, 2 625.13 mln. dollar satmışdılar. Həmin zamanda aradakı fərq 1 878.06 mln. dollar olmaqla əhaliyə idi axın istiqaməti.

34223

2021-ci ildə isə statistika siyahılarında satış ilə alış arasındakı fərqin azaldığını görürük. Bu il banklar əhalidən 931.93 mln. ABŞ dolları aldıqları halda, onlara 1 102.53 mln. dollar satmışlar.

Banker.az analtikləri hazırkı tendensiyanı nəzərə alaraq bildirir ki, bu ilin sonuna əhalinin banklara satdıqları nağd dolların, banklardan aldıqlarından üstün ola biləcəyi üçün böyük potensial şərait var.

Son xəbərlər
Oxşar xəbərlər