21 C
Baku
Şənbə, May 21, 2022

“Domino’s Pizza” cərimələndi – Tam siyahı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya sahəsində müvafiq qanunvericiliyin icrasına nəzarət məqsədilə 2022-ci il yanvarın 24-də ölkə üzrə 427 ictimai iaşə obyektində 761 monitorinq keçirilib. Monitorinqlər zamanı 8 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Banker.az AQTA-ya istinadən xəbər verir ki, aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Nizami rayonu, Q. Qarayev pr., ev 26C ünvanında yerləşən, fiziki şəxs Mahmudov Fərəculla Kamil oğluna məxsus dönərxana;

2. Bakı şəhəri, Nizami rayonu, Q. Qarayev pr., ev 34S ünvanında yerləşən, hüquqi şəxs “Azemat” MMC-yə məxsus “Dominos” restoranı;

3. Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi 36 ünvanında yerləşən, fiziki şəxs Abbasbəyli Emin Ağalar oğluna məxsus restoran;

4. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəs., S. Yesenin küç., ev 332 ünvanında yerləşən, fiziki şəxs Qədirov Bəxtiyar Ağakərim oğluna məxsus dönərxana;

5. Quba şəhəri, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Rzayev Xoşbəxt Zeynalabdin oğluna məxsus “Lucky” kafesi;

6. Quba şəhəri, 223-cü Atıcı Diviziya küçəsində yerləşən, fiziki şəxs Əsgərov Məzahir Bahadır oğluna məxsus “Alma” restoranı;

7. Quba şəhəri, Vaqif küçəsində yerləşən, fiziki şəxs Xazriyev Aid Fuad oğluna məxsus kafe;

8. Ağsu rayonu, Pirhəsənli kəndində yerləşən, fiziki şəxs Cəbrayıllı Cəbrayıl Allahverdi oğluna məxsus “Mənzərə” kafesi.

Son xəbərlər
Oxşar xəbərlər