23 C
Baku
Saturday, September 24, 2022

“Domino`s Pizza” İtaliyada fəaliyyətini dayandırıb

Amerikanın “Domino`s Pizza” şirkəti avqustun 9-u İtaliyadakı son 29 restoranını bağlayıb. Şirkət 2015-ci ildə İtaliyaya gəlib və 33 restoran açaraq ölkədəki mövcudluğunu 880 satış nöqtəsinə kimi çatdırmağı planlaşdırıb. Lakin “Domino`s Pizza” yerli italyan restoranlarla rəqabətə tab gətirə bilməyib.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Şirkət hələ Covid-19 pandemiyası dövründə problemlərlə üzləşməyə başlayıb. Onda “Domino`s Pizza” bir sıra çatdırılma xidmətləri ilə əməkdaşlıq etməyə başlayıb – “Deliveroo”, “Just Eat Takeaway”, “Glovo” və başqaları.

Şirkət ötən ildən satış məntəqələrinin sayını tədricən azaltmağa başlayıb. İyulun 29-da şəbəkənin veb-saytı vasitəsilə çatdırılma xidmətini də dayandırıb.

Son xəbərlər
Oxşar xəbərlər