17 C
Baku
Friday, October 18, 2024

“Domino’s Pizza” Rusiyaya investisiyaları dayandırır

“Domino’s Pizza” şəbəkəsinin Türkiyə, Rusiya, Azərbaycan və Gürcüstandakı master-françayzisi “DP Eurasia N.V.” bildirib ki, Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyat fonunda bu ölkədə investisiyalardan imtina edir.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Qeyd edək ki, şirkət müəssisələrinin fəaliyyətini davam etdirməyi planlaşdırır.

Rusiya Prezidenti Vladimir Putinin fevralın 24-ü Ukraynada hərbi əməliyyata başlamasından sonra Qərb dövlətləri Rusiyaya qarşı yeni sanksiyalar paketini tətbiq edib. Sanksiyalar çərçivəsində bir çox restoran biznesləri Rusiyanı tərk etdiyini açıqlayıb. Onlar sırasında “McDonald’s”, “Ninja Sushi”, “Burger King”, “Papa John`s” və “Starbucks” olub.

Son xəbərlər
Digər xəbərlər