10 C
Baku
Thursday, December 12, 2024

“Domino’s Pizza”nın Rusiya bölməsi iflas prosesinə başlayıb

Rusiyada “Domino`s Pizza” brendini idarə edən Hollandiyanın “DP Eurasia” şirkəti oradakı bölməsini satmaq cəhdlərini dayandırıb və iflas prosesinə başlayıb. Bu barədə mətbuat xidməti məlumat yayıb.

Şirkət bu addımın “getdikcə çətinləşən mühit”lə bağlı olduğunu izah edib. Qeyd edək ki, onun Rusiya bölməsinin xarici borcu 520 milyon rubl təşkil edir.

Martın ortalarında, Rusiyanın Ukraynada hərbi əməliyyata başlamasından və ölkədə xarici biznesin mövcudluğunu azaltmasından qısa müddət sonra “DP Eurasia” Rusiya bazarına investisiyaları dayandırdığını elan edib.

Biznesin satılması ehtimalı dekabrda araşdırılmağa başlayıb. Şirkət “Rusiyadakı mövcudluğunu, sanksiyaların təsirini və müştərilərinə xidmət göstərməyə davam etmək qabiliyyətini qiymətləndirməyə” başlayıb.

Son xəbərlər
Digər xəbərlər