21 C
Baku
Tuesday, June 3, 2025

Domodedova aeroportu bank kartı ilə Wi-Fi şəbəkəsində identifikasiya xidmətini işə saldı

 

Banker.az saytının rus mətbuatına istinadən verdiyi xəbərə görə, Moskanın Domodedova aeroportu pulsuz Wi-Fi şəbəkəsinə qoşulma zamanı identifikasiya üçün yeni mexanizm işə saldı. İndi ziyarətçilər avtorizasiya üçün bank kartından istifadə edə biləcəklər.
Bank kartının köməkliyi ilə istifadəçilərin identifikasiyası pulsuz olaraq həyata keçiriləcək. İstifadəçinin hesabında avtomatik olaraq 1 rubl rezerv olunur və daha sonradan elə həmin karta geri qaytarılır.
Tranzaksiyanın həyata keçirilməsi üçün hesablama mərkəzi funksiyasını isə «Яндекс.Касса» xidməti icra edir. Qeyd edək ki, tranzaksiya istifadəçilərin məlumatlarının qorunması nöqteyi-nəzərindən təhlükəsizdir. Xidmət beynəlxalq təhlükəsizlik standartı – Payment Card Industry Data Security Standard əsasında işləyir. Standart Visa və MasterCard ödəniş sistemləri tərəfindən yaradılıb.
Hər il Domodedova aeroportunun Wi-Fi şəbəkəsində 49 mindən çox insan qeydiyyatdan keçir. İnternet trafikin həcmi isə 6,6 terabayt təşkil edir.

Qeyd edək ki, əvvəl identifikasiya mobil əlaqənin operatorunun nömrəsi vasitəsilə mövcud idi.

Son xəbərlər
Digər xəbərlər