“Dövlət Məşğulluq Agentliyi” publik hüquqi şəxsi “Caspian House” MMC ilə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə “Dönər biznesi ilə məşğul olan qida obyektlərinin sağlamlaşdırılması” layihəsi çərçivəsində dönər biznesi ilə məşğul olan obyektlərin sağlamlaşdırılması məqsədilə lazımi avadanlıqların və inventarların satın alınması nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği isə 141 128 manatdır.
Qeyd edək ki, “Caspian House” MMC 2011-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Azər Əliyevdir.