8 C
Baku
Monday, November 18, 2024

Dönərxanaları toyuq əti ilə təmin edən müəssisədə nöqsanlar aşkarlanıb – Fotolar

Daxil olan şikayət əsasında, Gəncə şəhəri, Əli Məmmədov küçəsi 1A ünvanında fiziki şəxs Mustafayev Telman Şükür oğluna məxsus toyuq ətinin emalı sexində Agentlik əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.

Banker.az xəbər verir ki, baxış zamanı sexin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarının tələblərinin pozulduğu, toyuq budunun sümükdən ayrılması prosesinin antisanitar şəraitdə aparıldığı, həmçinin donmuş toyuq ətinin donunun açılması qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə uyğun olmadan kustar üsulla, açıq hava şəraitində və günəş şüalarının altında həyata keçirildiyi, eyni zamanda sümükdən ayrılmış toyuq ətlərinin sahibkar tərəfindən Gəncə şəhəri ərazisində fəaliyyət göstərən dönərxanalara paylandığı məlum olub.

Yoxlama zamanı toyuq budu və sümükdən ayrılmış toyuq ətindən sınaqların aparılması məqsədilə nümunələr götürülərək AQTİ-nin müvafiq laboratoriyasına göndərilib, sınaq nəticələri məlum olanadək sözügedən məhsullar saxlanca qoyulub. Nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib, icrası məcburi göstərişlər verilib, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilərək müəssisənin fəaliyyəti dayandırılıb.

1 0 2 3 1 4 5

Son xəbərlər
Digər xəbərlər