7 C
Baku
Thursday, December 12, 2024

Donald Tramp: “Ankara “həddini aşsa”, Türkiyə iqtisadiyyatını məhv edəcəyəm”

“Ankara “həddini aşsa”, Türkiyə iqtisadiyyatını məhv edəcəyəm”, – deyə prezident öz “Twitter” səhifəsində yazıb.

Banker.az xəbər verir ki,  “Onlar [türklər] Avropa və digərləri ilə bilikdə İŞİD (İslam dövləti)  terror qruplaşmasının döyüşçülərinə və onların ailə üzvlərinə nəzarət etməlidirlər№, – deyə prezident qeyd edir.

Donald Tramp əlavə olaraq qeyd edir ki, ABŞ regionda “başqalarının gözləntilərindən qat-qat çox iş görüb. İndi isə onlar “öz ərazilərini qorumalıdırlar”.

ABŞ prezidenti müntəzəm olaraq Avropanı amerikalıların ələ keçirdiyi İŞİD döyüşçülərini “geri götürməyə” çağırır. Onun sözlərinə görə, ABŞ hal-hazırda bir neçə min hərbçini saxlayır.

Xatırladaq ki, Türkiyə iqtisadiyyatını məhv etmək təhdidi Rəcəb Tayyib Ərdoğanın bəyanatından sonra səsləndirilib. Belə ki, Türkiyə prezidenti Ankaranın Suriyanın şimal-şərq ərazilərində hərbi əməliyyatlara başlamağa hazır olduğunu bildirmişdir. Ərdoğanın fikrincə, Vaşinqton bu ərazidə təhlükəsizlik zonasını yaratmaq vədini yerinə yetirməyib.

ABŞ regiondan öz hərbi qoşunlarını geri çəkəndən sonra, Türkiyə əməliyyatlara başlayacaqdır.

Son xəbərlər
Digər xəbərlər